ENG
26 May 2017

Elmin İnkişafı Fondunda 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilmişdir

Tədbirdə Fondun məsləhətçi Abuzərova Nərgiz çıxış edərək Respublika Gününün dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışıb. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub. Xalq ...

Ətraflı
25 May 2017

Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub. Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün ...

Ətraflı
22 May 2017

Elmin İnkişafı Fondu ilə Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

2017-ci il 17 may tarixində Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayevin Ukraynanın paytaxtı Kiyev şəhərinə səfəri çərçivəsində Elmin İnkişafı Fondu ilə Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu (UDFTF) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ukrayna tərəfindən Memorandumu UDFTF-nun direktoru akademik Borıs Grınyov ...

Ətraflı
22 May 2017

EİF Himayədarlar Şurasının üzv akademik İbrahim Quliyevin 70-illik yubileyidir

May ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü, AMEA-nın vitse-prezidenti,  AMEA Neft və Qaz İnstitutunun direktoru,  təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alim, Əməkdar elm xadimi, akademik İbrahim Səid oğlu ...

Ətraflı
22 May 2017

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu əməkdaşlıq edəcək

Mayın 22-də Bakıda Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb. AZƏRTAC xəbər verir ki, protokolu gənclər və idman naziri Azad Rəhimov və EİF-in icraçı direktoru Elçin Babayev ...

Ətraflı
10 May 2017

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Elmin İnkişafı Fondunda tədbir keçirilmişdir

Tədbirdə Fondun əməkdaşı Mülayim Quliyeva görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşar bir zirvəyə yüksəlib. Müstəqil Azərbaycanın dövlət quruculuğu məhz onun adı ilə bağlıdır. Bu adı daha da ...

Ətraflı
HİKMƏTLİ SÖZLƏR