ENG

ELMİN İNKİŞAFI FONDUNUN QALİB LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ
KEÇİRİLMİŞ VƏ DİGƏR KONFRANSLAR


 

 

20_2018_8-12_october__kicik

 

“Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə Beynəlxalq Məktəb
(08-12 oktyabr 2018-ci il)

2018-ci il 08-12 oktyabr tarixlərində Bakı şəhərində “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri”
mövzusunda Beynəlxalq Məktəb keçirilib. 

http://www.sdf.gov.az/conferences/iswischool2018/


19_2016_14-15_noyabr_kicik

“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar”
beynəlxalq konfransı (14-15 noyabr 2016-cı il)

2016-cı il 14-15 noyabr tarixlərində Bakı şəhərində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan 
“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 

 


 17_2016_31_may-1_iyun_kicik

 

“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı (1 iyun 2016-cı il)

Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş qrant layihəsi (layihə rəhbəri: Hacıyev Elməddin, Azərbaycan Turizm və Menecment Universiteti) çərçivəsində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı Bakı şəhərində 31 may - 01 iyun 2016-cı il tarixlərində keçirilmişdir. Azərbaycan Turizm və Menecment Universiteti konfransın keçirilməsinə elmi-təşkilatı dəstək göstərmişdir.

 

 


16_2016_4-9_dekabr_kicik

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (5 dekabr 2016-cı il)

Dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev açaraq konfransın kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 


15-1_2016_28-29_iyun_kicik

“Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq dəyirmi masa (28-29 iyun 2016-cı il)

28 iyun tarixində saat 10:00-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (İstiqlaliyyət küç. 31) ”Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq dəyirmi masa keçirilmişdir.

 


 15_2015_12-15_oktyabr_kicikk

“Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar  yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans (12 oktyabr 2015-ci il)

Oktyabrın 12-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans öz işinə başlayıb. Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən gənc tədqiqatçılar  üçün təşkil edilmiş, AMEA-nın 70 illiyinə həsr olunmuş 4 günlük tədbirə İngiltərə, Polşa, Macarıstan, Serbiya, Bolqarıstan və digərləri  daxil olmaqla, ümumən 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılıb... Mənbə: AMEA

 


18_2015_6-8_iyul_kicik

Elmin İnkişafı Fondunun dəstəyi ilə Günəş və  Kosmik hava tədqiqatları üzrə Beynəlxalq konfrans (6-8 iyul 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə dəstəyi və təşkilatçılığı ilə "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək" mövzusunda beynəlxalq konfransı keçirilmişdir. Ölkəmizdə bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlərin qazanıldığını qeyd edən E.Babayev bildirib ki, məqsədimiz Azərbaycanın regionun ən böyük elm mərkəzinə çevrilməsinə nail olmaqdır.
http://sdf.gov.az/conferences/sun2015/

 


14_2015_21_aprel_kicik

"Qarabağ tədqiqatları" konfransı (21 aprel 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilmişdir.

 


13_2014_27-28_noyabr_kicik

Gənc alim və mütəxəssislərin “İnformasiya cəmiyyəti müasir  müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Beynəlxalq konfransı (27-28 noyabr 2014-cü il)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında Gənc alim və mütəxəssislərin "İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi" mövzusunda Beynəlxalq konfransı  keçirilmişdir. Konfransın açılışında "İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması", "İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması", "İnformasiya cəmiyyətinin  mürəkkəbliyi", "İnformasiya müdafiə və hücum vasitəsi kimi" mövzularında plenar məruzələr dinlənilib.


12_2014_21-22_oktyabr_kicik

1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı (21-22 oktyabr 2014-cü il)

Oktyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işə başlamışdır.

 


 11-1_2013_14-15_noyabr_kicik

"Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları" mövzusunda Gənc alim və tələbələrin 5-ci beynəlxalq konfransı (14-15 noyabr 2013-cü il)

 


11_2013_16-18_may_kicik

"Azərbaycan 2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" beynəlxalq seminar-treninq (16-18 may 2013-cü il)

Mayın 16-da “Hilton Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda Beynəlxalq seminar-treninq işə başlamışdır.

 


10_2013_21-23_aprel_kicik

”Ətraf mühit dəyişməsi və  bitki müxtəlifliyinin qorunması” adlı beynəlxalq elmi konfrans (21-23 aprel 2013-cü il)

2013-cü il 21-23 aprel tarixlərində “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” adlı üç günlük beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Prezidenti  yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində maliyyələşdirilmiş və Fondun icraçı direksiyasının təşkilatı dəstəyi ilə  keçirilmişdir. Fondun qrant müsabiqəsinin qalibi olmuş AMEA Botanika İnstitutu tərəfindən elmi-təşkilatı dəstək göstərilmişdir. Konfransda ABŞ, Almaniya, İngiltərə, Yeni Zelandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə, Macarıstan, İtaliya və Rusiyadan 30-dan çox tanınmış alimlər dəvətli məruzələrlə iştirak etmişlər...


9_2012_9-12_noyabr_kicik

 

"Böyük miqyaslı tədqiqat layihələri-2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika" beynəlxalq konfransı (9-12 noyabr 2012-ci il)

2012-ci il 9-12 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas Binasının Böyük Dairəvi Zalında “Böyük miqyaslı tədqiqat layihələri-2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.

 


8_2012_23-24_oktyabr_kicik

"İnnovasiya Texnologiyalarının Transferi: Marketinq və Müqavilələrin bağlanması" Beynəlxalq Seminarı (23-24 oktyabr 2012-ci il)

Oktyabrın 23-24 tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi, Əqli Mülkiyyət və İnnovasiya  İctimai Birliyinin təşkilatçılığı ilə “İnnovasiya texnologiyalarının transferi” mövzusunda Beynəlxalq seminar keçirilmişdir.
Beynəlxalq seminar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (Qrant: EİF-2011-1(3)-82/82/5) və Fondun icraçı  direksiyasının təşkilatı dəstəyi ilə keçirilir.
Elmi-təşkilatı dəstək: "Əqli Mülkiyyət və İnnovasiya" İctimai Birliyi.

 


7_2012_17-21_sentyabr_kicik

"Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri" mövzusunda beynəlxalq elmi seminar (17-21 sentyabr 2012-ci il)

17-21 sentyabr tarixlərində Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin L.A.Melentyev adına Energetika Sistemləri İnstitutu və Azərenerji ASC Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Y.N.Rudenko adına Beynəlxalq elmi seminar keçirilmişdir.

 


6_2012_25-27_iyul_kicik

“Gənc alimlərin II Respublika  İnnovativ İdeya Yarmarkası” çərçivəsində keçirilmiş “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat  işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc alimlərin elmi konfransı (25-27 iyul 2012-ci il)

 

 


5_2012_15-16_may_kicik

"Kimyanın aktual problemləri" VI Respublika elmi konfransı (15-16 may 2012-ci il)

Bakı Dövlət Universitetinin kimya fakültəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların "Kimyanın aktual problemləri" VI Respublika elmi konfransı keçirilmişdir.

 


4_2011_1-3_dekabr_kicik

"Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu" beynəlxalq elmi konfransı (1-3 dekabr 2011-ci il)

"Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu" beynəlxalq elmi konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə vəsaiti hesabına və icraçı direksiyasının təşkilati dəstəyi ilə keçirilmişdir.

 


3_2011_5-6_oktyabr_kicik

Gənc alim və tələbələrin "Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər" adlı 4-cü beynəlxalq elmi konfransı (5-6 oktyabr 2011-ci il)

5-6 oktyabr tarixlərində “Ramada” hotelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Gənc Alimlər Şurası tərəfindən “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” IV beynəlxalq konfrans keçirilmişdir. Gənc alim və tələbələr üçün təşkil edilmiş konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “bp” şirkətinin dəstəyi ilə keçirilmişdir.

 


2_2011_28-30_noyabr_kicik

"Statistics and indicators on science and technology in economic development period" national seminar-training (28-30 november 2011)

 

 


1_2010_30-31_mart_kicik

"Ümumvəhdət fəlsəfəsi və müasir elm" elmi-nəzəri seminar (30-31 mart 2010-cu il)

"Ümumvəhdət fəlsəfəsi və müasir elm" elmi-nəzəri seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə keçirilmişdir.

 


 

 

HİKMƏTLİ SÖZLƏR