ENG

TEZ-TEZ VERİLƏN SUALLAR VƏ CAVABLARI


 

Sual: Elmi istiqamətin kodu və ixtisasın kodu dedikdə nəyi yazmaq lazımdır? Müdafiə etdiyimiz ixtisas kodunu yazmaq olarmı?

Cavab: Fondun saytında (www.sdf.gov.az) qrant müsabiqələri bölməsi var və oradaki Təsnifatdan bütün elm sahələrin və elmi istiqamətlərinin kodlarını tapa bilərsiniz. Bu heç də müdafiə üzrə ixtisas kodu deyildir.


 

Sual: Forma 2-də “Layihə rəhbərinin və bütün icraçıların bundan əvvəlki qrant müsabiqələrində iştirakı barədə məlumat” bəndində EİF-in elan edərək keçirildiyi, yoxsa digər qrant müsabiqələrindən söhbət gedir?

Cavab: Həm EİF müsabiqələri, həm də başqa Fondların və qurumların müsabiqələri nəzərdə tutulur.


 

Sual: Forma 2-də layihənin əsaslandırılmasının 10 səhifədən artıq olmaması tələb olunsa da, onun xüsusi hallarda 10 səhifədən çox olması mümkündürmü?

Cavab:  Tövsiyə olunur ki, 10 səhifədən artıq olmasın.


 

Sual: Layihə smetasında avadanlıq, cihazlar, iş və xidmətlərin  alınması və s. xərclər layihə məbləğinin neçə %-ni təşkil edə bilər?

Cavab: Alınması nəzərdə tutulan cihaz, avadanlıq, iş və xidmətlər və s. ümumi məbləğin 35%-dən artıq olmamalıdır, ezamiyyə xərcləri – 10%-dək ola bilər. Yerdə qalan vəsait stimullaşdırıcı əmək haqqı, vergi və rüsumlar, bank xərcləri, sair xərclər ola bilər.


 

Sual: Ekspedisiya xərcləri necə hesablanır? 

Cavab: www.sdf.gov.az  - Qanunvericilikdə nəzərdə tutulmuş və AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən hesablanır.


 

Sual: Qrant layihəsi üzrə müqavilə əsasında cəlb edilən icraçıların aylıq əmək haqqı hansı məbləğdə verilə bilər? Əsas iş yerindəki qədər maaş olmalıdır, yoxsa işin çətinlik dərəcəsindən asılı olaraq daha yüksək əmək haqqı ola bilər?

Cavab: Alınması nəzərdə tutulan cihaz, avadanlıq, iş və xidmətlər və s. ümumi məbləğin 35%-dən artıq olmamalıdır, ezamiyyə xərcləri – 10%-dək ola bilər. Yerdə qalan vəsait stimullaşdırıcı əmək haqqı, vergi və rüsumlar, bank xərcləri, sair xərclər ola bilər.


 

Sual: Xarici alim layihənin həm-rəhbəri olduqda onun imzası və imzasının təsdiqi tələb olunurmu?

Cavab: Tələb olunmur, lakin həmin şəxsin layihədə iştirak barədə razılıq məktubunun əsli olmalıdır.


 

Sual: Təqdim olunacaq layihə müsabiqədən uğurla keçərsə, layihə üzrə maliyyələşdirilmə necə baş tutacaq?

Cavab: Maliyyə vəsaiti layihə rəhbərinin birbaşa bank hesabına köçürülür.


 

Sual: Maliyyə işləri üçün layihədə mühasib nəzərdə tutulmalıdırmı?

Cavab: EİF layihələri üçün nəzərdə tutulmur.

 

 

HİKMƏTLİ SÖZLƏR