Qeyd: Siyahı daim yenilənəcəkdir. Siyahının ardıcıllığı əlifba sırasına müvafiqdir.
Atakişiyev Natiq – 1939-cu il fevralın 15-də Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. 1994-cu ildən Meksikada tədqiqatçı kimi işə başlayan alim 1996-cı ildən Meksika Milli Muxtar Universiteti (Universidad Nacional Autonoma de Mexico) nəzdində Riyaziyyat İnstitutunun Kuernavaka şəhərində yerləşən bölməsində çalışmışdır. Elə həmin ildən Meksika Elmlər Akademiyasının üzvüdür. Onun dünyanın nüfuzlu jurnallarında 112, beynəlxalq konqreslərin materiallarında isə 51 məqaləsi dərc edilmişdir. 80-dən çox çapdan çıxmış elmi əsəri var. Onun rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə başlamışdır. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. |
Attar Aygün – (d. 16 Nisan 1962, Kubadlı, Azerbaycan), akademisyen tarihçi. 1986 senesinde Bakü Devlet Üniversitesi'ni bitirdi. 1994 yılında doçent, 2003 yılında profesör kadrosuna atandı. Prof. Dr.Attar, Çeşitli akademik görevlerin ardından, 2007 yılında göreve başladığı Giresun Üniversitesi'nde 2010 yılına kadar Rektör yardımcılığı yaptı. Giresun Üniversitesi Fen Edebiyat Fakültesi dekanlığı görevini yürütmüş olan Attar 28 Mart 2012 tarihinde Cumhurbaşkanı Abdullah Gül tarafından Giresun Üniversitesi Rektörlüğü'ne atandı. Türkiye ve Jeopolitik, Türk-Ermeni İlişkileri, Yakındönem Orta Asya Tarihi, Transkafkasya Tarihi, Genel Türk Tarihi, Rusya Tarihi, Yakın dönem Orta Doğu Tarihi ve Dış Türkler konularında uzmanlaşmıştır. Aygün Attar, Rusça, İngilizce ve Farsça dillerini iyi derecede bilmektedir. http://blog.milliyet.com.tr/aygun-attar-i-taniyor-musunuz-/Blog/?BlogNo=174099 |
|
Axundov İlham – Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru |
Bağırov Adil – 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirib. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2004-cü ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2008-ci ildə isə ABŞ Turkiyə Şəbəkəsi (USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir. Azərbaycan diasporunun ən nüfuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. |
Cavadov Hikmət – 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2004-cü ildə Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə qəbul olmuş, 2008-ci ildə həmin institutda "Torpaq qanunvericiliyinin pozuntusuna görə mülki məsuliyyət" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. 2009-cu ildə institutun elmi şurası tərəfindən təstiq olunmuş elmi monoqrafiyası nəşr olunmuşdur. Hazırda həmin institutun doktorantura şöbəsində elmi fəaliyyətini davam etdirir. 2005–ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai təşkilatını təsis etmiş və hal-hazırda bu təşkilatın sədri vəzifəsində ictimai fəaliyyətini davam etdirir. Bu təşkilatın nəznində rus dilində dərc olunan "Slovo Azerbaydjana" və Azərbaycan dilində "Azərbaycanın sözü" qəzetlərinin şef redaktoru, "Ədalət" hüquq klinikası, Kiyev şəhərində fəaliyyət göstərən bazar günü məktəbi, "PD" online tv layihələrinin rəhbəridir. |
|
Əfəndiyev Məsud – 1970-ci ildə Zaqatalada Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə professorlar M.Vişkinin və A.Şnirelmanın rəhbərliyi altında diplom işi yazıb. Uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib. Alim Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professorudur. 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science-JSPS" təşkilatının mükafatına layiq görülüb.Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası Amerika, Almaniya, İsveçrə və Yaponiyada çap olunub. Dünyanın tanınmış jurnallarından biri "İnternational Journal of Biomathematics and Biostatistics"in baş redaktorudur. |
|
Əliyev Əlikram – 12 dekabr 1954-cü ildə Azərbaycanın Şamaxı bölgəsində dünyaya gəlib. 1978-ci ildə M.V.Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olub. 1978-1980-ci illərdə həmin universitetdə asistent tədqiqatçı olaraq işləmiş, 1984-cü ildə nəzəri və riyazi fizika sahəsində doktorluq dərəcəsini almışdır. Sonralar Azərbaycan Elmlər Akademiyasında işləmiş və 1986-cı ildə dosent vəzifəsində işləmişdir. 1993-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetidə Sovet İttifaqında ən yüksək elmi dərəcəsi olan "Fizika-riyaziyyat elmləri doktoru" (professor) dərəcəsini almışdır. Daha sonra TÜBİTAK'ın dəvəti ilə Türkiyəyə gəlib və 1994-2011-ci illərdə TÜBİTAK-Temel Elm Araşdırma İnstitutunda işləmişdir. 2012-ci ildən İstanbul New Century Universitetində işləyir. |
Əliyev Məmmədbağır – 1955-ci ildə Kurqan-Tübə şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. O 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır. Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır. 150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir. Rəhbərliyi altında bir çox elmlər namizədi və doktor yetişmişdir. Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Tibb Akademiyasının həqiqi üzvü və akademikdir. |
Əmiraslanov Pərviz – 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. 1994-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. "Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq "Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın (1998) müəllifidir. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür. Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçün "Siemens VDO Automotive AG" firmasının təklifi ilə 2005-ci ilin yanvarında firmada ali məktəblərlə elmi iş üzrə şöbənin rəisi vəzifəsinə işə götürülüb. "DaimlerChrysler AG" (Mercedes) firmasında elmi tədqiqat və inkişaf departamentində üçillik əmək fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın digər avtomobil şirkəti olan "Volkswagen AG" şirkətinin elmi-tədqiqat və texniki inkişaf idarəsində mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda Braunşvayq, Klausthal Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki Məktəbində saathesablı mühazirələr oxuyur. 70-dən çox elmi və metodik işi vardır, 5 patent alıb. http://www.palitranews.az/news.php?id=69332 |
|
Hacıyev İqbal – 1983-cü ildə yanvarın 4-də Bakı şəhərində anadan olmuşdur. 2000- 2004-cü illərdə isə Buxarest Dövlət Universitetinin siyasi elmlər fakültəsinin ingilis dili bölməsinin tələbəsi olmuşdur. 2004-2008-ci illər Konstansa Ovidius Dövlət Universitetinin rumın dili bölməsinin doktorantı olmuşdur. 2008-ci il sentyabrın 29-da Rumıniyada tarix elmləri doktoru dərəcəsini almış, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 23 fevral qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. 2001-ci il dekabrın 11-dən Rumıniyada təsis olunmuş Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədridir. 2002-ci il avqustun 15-də Azərbaycanda təsis olunmuş Azərbaycan Gənclər Assosiasiyasının Rumıniya üzrə koordinatoru, 2003-cü ildən isə Rumıniyada çıxan “Geopolitika” jurnalının əməkdaşıdır. 2006-cı ilin martından Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 2007-ci ilin martından Avropa Azərbaycanlıları Konqresinin Rumıniya üzrə vitseprezidenti, 2007-ci dekabrından isə H.Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktorudur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. |
Xamedov Əbülfəs – Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru |
Kələntər Xəlil – 1981-ci ildən Yaponiyanın Naqoya Universitetində çalışıb. Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. 2007-ci ildə LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilmişdir. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısıdır, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. http://patents.justia.com/inventor/kalil-kalantar |
Quliyev Baxşəli – f.r.e.d., professor, Yüzüncü Yıl Üniversitetinin professoru, (Yüzüncü Yıl Üniversitesi, Van, Türkiyə) |
Mürşüdov Qərib – 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. O 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. http://www2.mrc-lmb.cam.ac.uk/group-leaders/h-to-m/garib-murshudov/ |
Novruzov Vüqar – 1962-ci ildə Laçın rayonuda anadan olub. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Kompany" şirkətinin baş direktorudur. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib. http://www.diaspora.gov.az/index.php?options=news&id=11&news_id=802 |
Ömərov Murad – 28 mart 1963-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuşdur. 1991-ci ildə İnformasiya ötürülməsi üzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə professor adını qazanmışdır. 2015-ci ildə Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir. 2001-ci ildə Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin sədri seçilmişdir. 2004-cü ildə “XXI əsrin liderləri” beynəlxalq imic proqramının ekspertlər şurasının qərarı ilə Ukraynanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Ukrayna iş adamı” medalı və diplomu ilə mükafatlandırılmışdır. 2006-cı ildə Xarkov şəhər Şurasının İcraiyə komitəsinin “Millətlərarası sülh və razılığın möhkəmləndirilməsi” nominasiyasında mükafata layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. http://diaspora.gov.az/index.php?options=content&id=564 |
Rzayev Teymur – 1959-cu il iyulun 15-də Bakı şəhərində anadan olmuşdur. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır. Hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Atatürk liseyində müəllim işləmişdir. 2005-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 2006-cı ildən etibarən Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Türkiyədə yaşayan rəssamların koordinatoru seçilmişdir. |
Dr. Cavid Səfərov –1965-ci ildə Qazax rayonunda anadan olmuş, 1989-cu ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Politexnik İnstitutunun “İstilik və soyuqluq texnikası” kafedrasında əmək fəaliyyətinə başlamış, 1993-cü ildə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1993-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasında çalışmış, 1995-ci ildə Türkiyənin Bilkent Universitetində elmi təcrübə keçmiş, 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində çalışmış, 2006-cı ildən Almaniyanın Rostock Universitetinin “Texniki Termodinamika” kafedrasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən bu kafedranın elmi işçisi və “Mayelərin istilik-fiziki xassələri” elmi laboratoriyasının rəhbəridir. Yüksək təzyiqlərdə mayelərin istilik-fiziki xassələrinin araşdırılması sahəsində tanınmış alimlərdən biridir. Almaniyanın DAAD (2002-ci və 2006-cı illər), Alexander von Humboldt (2003-2004-cü, 2007-ci illər) və Yaponiyanın "Japan Society for the Promotion of Science – JSPS” (2004-cü il) elmi təqaüdlərinə layiq görülmüşdür. 1 dərslik, 1 monoqrafiya, 4 dərs vəsaitinin, 400–ə yaxın elmi məqalənin və konfrans materiallarının müəllifidir. Bunlardan 90-ı impakt faktorlu məqalələrdir (h-index=18). |
Nadana savad öyrətmək qocanı dağa çıxarmaq qədər çətindir.
S.Batler
Həyatda ən böyük amalım ancaq
Bilik sayəsində qalxıb ucalmaq.
Bilikdir hər zaman dayağın sənin,
Zülmət gecələrdə çırağın sənin.
Biliklə, ədəblə yüksəlir insan,
Bu qoşa qanadla hörmət taparsan. Y.Balasaqunlu
İnsanlığın yalnız bir düşməni var-o da nadanlıqdır. Nadanlığın yalnız bir dərmanı var-o da elmdir.
Aristotel
Savadlı ilə savadsız arasındakı fərq ölü ilə diri arasındakı fərq qədərdi.
Aristotel
Nadanlıq təklikdə qorxulu deyil. O yalnız qürurla birləşdikdə təhlükəli olur.
Aristotel
Dilənçi olmaq nadan olmaqdan yaxşıdır, bələ ki, dilənçi yalnız puldan, nadan isə insan simasından məhrumdur.
Aristipp
Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur.Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər.
M.F.Axundzadə
Aqil, yaxud cahil olduğunu yalnız özün müəyyən edə bilərsən.
C.Rendal
Təəssüf ki, cahil gördüyü işə güvənir, aqil isə yox.
B.Rassel
Dünyanın bir yarısı digər yarısının necə yaşadığından xəbərsizdir.
F.Rable
Çox yemək düşünməyə mane olur.
U.Porter
Cahil o adamdır ki, həmişəlik cahil qalmaq istəyir.
Platon
Heç vaxt nadana uyma, ətrafında bilikli yoxdursa, özün-özünə bələdçi ol.
Platon
Nadan kimi yaşamaqdansa, dünyaya gəlməmək yaxşıdır, çünki bütün pisliklərin təməlində cahillik yatır.
Platon
Hər bir müdrikliyin əsası səbrdir.
Platon
Cahili inandırmaqdan çətin şey yoxdur.
U.Pitt
Çox şey bilən çox şeyə şübhəylə yanaşır.
E.Pikkolomini
Cahillər keçmişdən, aqillər bu gündən bəhs edər.
Napoleon
Ən böyük günah cahil olmaqdır.
Naməlum
Biliyi özünə dost, biliksizliyi düşmən seçənin işləri qaydasında gedər.
Naməlum
Axmaq fikirlərə uyaraq insan,
Axtarır umulmaz yerdə səadət.
İ.Krılov
Özünü alim zənn edən adamdan mümkün qədər uzaq gəz.
A.Kapus
Dünyada ən böyük dərd cahillikdir.
T.Karleyl
İnsan ağıllı sayılır ki, bir işə başlayanda son nəticəni əvvəlcədən bilmiş olsun.
İ.Kant
Bilmək yaxşı, bildiyini tətbiq etmək ondan da yaxşıdır.
C.Kabell
Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
İbn Sina
Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
İbn Sina
Ağıllı o kəsdir ki, özünü görə bilir.
V.Hüqo
Bu dünyada coşğun və fəal nadandan qorxulu heç nə yoxdur.
İ.Höte
Xalq fəlakətləri tarixini öyrənən hər bir kəs görür ki, yer üzündəki fəlakətlərin böyük qismi nadanlığın payına düşür.
K.Helvetsi
Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar.
K.Helvetsi
Çox adam çox şey bilir, amma heç kim hər şeyi bilmir.
Yunan atalar sözü
Biləyi güclü birini yıxar, biliyi güclü minini.
Özbək atalar sözü
Var-dövlət tükənər, elm tükənməz.
Özbək atalar sözü
Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədən.
Qırğız atalar sözü
Bilikdən yaxşı dost yoxdur, azardan pis düşmən.
Hind atalar sözü
Elm adamı bədniyyət olsa, dünyanı yandırar.
Fars atalar sözü
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
Ərəb atalar sözü
Bədənin qidası yemək, ağlın qidası elmdir.
Ərəb atalar sözü
Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.
Çin atalar sözü
Elm oxumaq iynə ilə gor qazmaq deməkdir.
Azərbaycan atalar sözü
Elm ağlın çırağıdır.
Azərbaycan atalar sözü
Elmsiz adam meyvəsiz ağac kimindir.
Azərbaycan atalar sözü
Çox bilmək lazımdır ki, az bildiyini bilə biləsən.
Amerika atalar sözü
Elm həqiqətin təzahürüdür.
C.Vudford
Bəzən şerdə və ya musiqidə də elmə rast gəlmək olur.
X.Voulpol
Elmin uğurları zamanın işi və elmin cəsarətidir.
F.Volter
Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.
C.Viko
Zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır.
N.Vəzirov
Həyatda hamı elm və məhəbbəti öyrənməlidir.
U.Verner
Çox şey bilən sözlərə az inanır.
T.Uaylder
Elm səbəb, əməl isə nəticədir.
N.Tusi
Dedim ki, ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki, ağlın gözü ilə baxıram-məlum olur ki, hələ heç bir şey bilmirəm.
N.Tusi
Bilik böyük insanı göydən yerə endirir, adi insanı təəccübləndirir, balaca insanı yerdən göyə qaldırır.
L.Tolstoy
Bilməməkdən qorxma, səhv bilməkdən qorx. Çünki bütün fəlakətlər ona görə baş verir.
L.Tolstoy
Düşünən insana xoşbəxtlik az nəsib olur.
L.Tolstoy
Biliyə aparan yeganə yol zəhmətdir.
B.Şou
Biz kim olduğumuzu bilir, ancaq kim olacağımızı bilmirik.
U.Şekspir
Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz.
S.Şamfor
Elmə yiyələnmək üçün aramsız cəhdlər gərəkdir.
B.Spinoza
Elm sistemləşdirilmiş bilikdir.
H.Spenser
Nə qədər ki yaşayırsan, öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal gətirəcək.
Solon
Ədalətdən kənarda olan elm müdriklik deyil, dələduzluqdur.
Sokrat
Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.
Sokrat
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.
Sokrat
Mən onu bilirəm ki, heç nə bilmirəm.
Sokrat
Ən gözəl zövqü elmdən almaq olar.
S.Smayls
Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.
Sədi
Ən faydalı iş cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir.
M.Sesiro
Hər cür bilik müşahidə və təcrübəyə əsaslanır.
Ş.Sent-Evremon
Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır.
J.J.Russo
Astronomiya mövhumatdan; natiqlik sənəti şöhrətpərəstlikdən, nifrətdən, yaltaqlıqdan, yalandan; həndəsə acgözlükdən; fizika boş bir maraqdan yaranıb. Bütün biliklər, hətta əxlaqın özü də insan qürurundan törəyib.
J.J.Russo
Bilik insanı bütün bəlalardan qoruyan zirəhdir.
Ə.Rudeki
Elm və sənət hansı ölkədən gəlirsə-gəlsin, bütün insanlığa aiddir.
A.Puşkin
Elm qavrayışdan başqa bir şey deyildir.
Platon
Bilmək, kəşf etmək yada salmaq, xatırlamaq deməkdir.
Platon
Sokrat bu gün sağ olsaydı, deyərdi: “Mən onu bilirəm ki, başqaları heç nə bilmir”.
J.Petan
İnsan ruhunu elmdən savayı heç nə dincəldə bilməz. (K.Parker)
Sərvət sahibi deyil, elm sahibi olmaq lazımdır.
R.Ouen
Elm hüdudsuz okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.
İ.Nyuton
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Nizami
Yarımçıq öyrənməkdənsə, öyrənməmək yaxşıdır.
F.Nitsşe
Riyaziyyatdan biliyi olmayanlara bəzi bilikləri vermək qorxuludur.
Napoleon
Puç inanclar cahillikdən doğur və onlardan qurtulmaq üçün hökmən elmə yiyələnmək gərəkdir.
Naməlum
İstənilən ölkənin geriliyinin əsas səbəbi elm və fəzilətə lazımi qiymət verilməməsidir.
Naməlum
Dörd şey vardır bir qarındaşa lazım, biri elm, biri kəlam, biri nəfəs, biri söz.
Xətai
İnsanın biliyi artdıqca narahatlığı da artır.
İ. Höte
İnsanın ən böyük sərvəti onun pulu deyil, elmidir.
C.Harrinqton
Elmdən keçməyən yolun sonu qaranlıqdır.
Hacı Bəktaş Vəli
Tək cəsarət azdır, savad da lazımdır.
F.Giber
Az bilən bildiklərini təkrar etməyi xoşlayır.
T.Fuller
Elmli olan güclü olar.
Ə.Firdovsi
Əməlsiz elm ayağa cidardır.
M.Əvhədi
Elmi oğru apara, əcəl də öldürə bilməz.
M.Əvhədi
Elm özünü bilməkdir.
Y.Əmrə
Mədəniyyət inkişaf etdikcə fərdlərin gücü azalır.
Y.Estrub
İnsanlar təəccüblənməyi sevirlər və bu, elm üçün toxum rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir.
R.Emerson
Elm dövrümüzün ən təhlükəli bəlasıdır. Onun vurduğu ziyanı hətta müharibə, aclıq və xəstəliklər də vura bilməz.
F.Dostoyevski
Ruhumuza təsəlli verən yeganə şey elmdir.
C.Dorsi
Kəşf etmək hamının gördüyünü görmək, lakin heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.
C.Donati
Dünyada ən böyük xeyir bilik. ən böyük şər nadanlıqdır.
Digen
Elm ən qədim dövrlərə nəzər salmağa imkan yaradır.
U.Çörçill
Ya bilgi, ya ölüm!
Y.V.Çəmənzəminli
Milli vurma cədvəli olmadığı kimi milli elm də yoxdur; nə millidirsə, o artıq elmi deyil.
A.Çexov
Hər kəs can atmalıdır ki, ata və babasının bildiyindən çox bilsin.
(A.Çexov)
Elm okeandır. O, eyni dərəcədə insan üçün də açıqdır, balıqçı gəmisi üçün də. Biri bu okeanda qiymətli mallarla üzür, digəri isə yalnız bol balıq ovu ilə evə qayıtmaq istəyir.
(E.Bulver-Litton)
Elm hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər çox yaxınlaşsaq, o bizdən bir qədər çox uzaqlaşır.
(P. Buast)
Sənət hadisələri dəyişdirmək, elm isə bu hadisələri irəlicədən görmək qabiliyyətinə malikdir.
(H.Bokl)
Elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb, həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur.
(A.Berte)
İncəsənət <<mən>>, elm isə <> deməkdir.
(K.Bernar)
Biz tarixdən müdriklik, poeziyadan hazırcavablılıq, riyaziyyatdan bəsirət, təbiət elmlərindən dərinlik, fəlsəfədən ciddilik, məntiq və ritorikadan mübahisə etmək bacarığı əxz edirik.
(F.Bekon)
Bilik güc, güc isə bilikdir.
(F.Bekon)
Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır.
(F.Bekon)
Neçə-neçə dövlət üsul-idarəsinin mövcud olmasına baxmayaraq, elmdə həmişə bir üsul-idarə-azadlıq forması hakim olacaq.
(F.Bekon)
Elmə ürəkdən bağlı olanlar tacir düşüncəsindən uzaqdır.
(C.Barns)
Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir.
(O.Balzak)
Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir.
Konfutsi (Qədim Çin mütəfəkkiri)
Əsəri olmayan alim barsız ağacdır.
Sədi Şirazi (İran şairi və mütəfəkkiri)
Elm insanın həm beynini, həm də cismini şövqləndirir.
Mişra Krişna (Hind dramaturqu)
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.
Frensis Bekon (İngilis alimi və humanisti)
Elm mahiyyət etibarilə həqiqət axtarışıdır.
Fransua de Laroşfuko
(Fransız yazıçısı)
Elmdə həqiqət həmişə özünə yol açır.
Lev Davidoviç Landau
(Fizik, Nobel mükafatı laureatı)
Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar.
Henri Kaldervud (İsveç filosofu)
Həqiqi elm nə rəğbət bilir, nə ədavət – onun yeganə məqsədi həqiqətdir.
Arturo Qraf (İtalyan yazıçısı və alimi)
Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir.
Otto Fon Bismark
(Almaniyanın dövlət xadimi və kansleri)
Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil.
Naməlum
Xəyal qanadları olan elm möcüzələr yaratmağa qadirdir.
Maykl Faradey (İngilis fiziki)
Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.
İsaak Nyuton (İngilis fiziki və astronomu)
Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür.
Çin atalar sözü
Elm ağlın çırağıdır.
Azərbaycan atalar sözü
Elm səbəb, əməl isə nəticədir.
Nəsirəddin Tusi
Sən 3 yolla ağıllı ola bilərsən... 1-Təcrübə yolu ilə - bu ən ağır yoldur. 2-Tənqid yolu ilə - bu ən asan yoldur. 3-Düşüncə yolu ilə - bu ən nəcib yoldur.
Nəsirəddin Tusi
Ən faydalı iş cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir.
Marsel Sesiro (Fransız yazıçısı və tənqidçisi)
Bütün elmlərin açarı sual işarəsidir.
Onore de Balzak (Fransız yazıçısı)
Zövqlərin ən gözəli elmdən alınan zövqdür.
Samuel Smayls (İngilis yazıçısı)
Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və gözəl yol göstərəndir.
Aristotel (Qədim yunan filosofu)
Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
Demokrit (Qədim yunan filosofu)
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.
Sokrat (Qədim yunan filosofu)
Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır.
Sinoplu Diogen (Qədim yunan filosofu)
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət.
Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)
Həyatda ən böyük mürşid elmdir.
Mustafa Kamal Atatürk
Elm öyrənmək heç vaxt gec deyil.
İbn Sina (Şərq filosofu və həkimi)
Beşikdən məzara qədər elm istəyin.
Hz.Məhəmməd (Ə.S.)
“Pərvərdigara, mənim elmimi artır”, - de.
“Qurani-Kərim”dən
Özünü elmi axtarışlara, elmə həsr etmiş insanlar və bu gün ölkəmizin mürəkkəb dövründə bütün çətinliklərə sinə gərərək elmlə məşğul olan insanlar cəmiyyətimizdə hörmətə layiqdirlər.
Heydər Əliyev
Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Heydər Əliyev
Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır.
Heydər Əliyev
Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.
Heydər Əliyev
Azərbaycanın elmi-texniki səviyyəsini inkişaf etdirmək üçün yüksək təhsilə, elmə nail olmalıyıq.
Heydər Əliyev