ENG

Bolqarıstan Milli Elm Fondu ilə əməkdaşlıq əlaqələri qurulur

4055
A A A
İyun 07 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və analoji qurumlarla əməkdaşlıq edir. 2017-i il 7 iyun tarixində Bolqarıstan Milli Elm Fondunun İcraçı Şurası sədrinin müavini professor Diana Kopeva Elmin İnkişafı Fondunda olub. Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və aparıcı mütəxəssisləri də iştirak edib. İcraçı direktor hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib, Azərbaycan və Bolqarıstan alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyini qeyd edib. Görüşün əsas məqsədi Elmin İnkişafı Fondu və Bolqarıstan Milli Elm Fondunun fəaliyyəti ilə qarşılıqlı tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. Tərəflər yaxın gələcək üçün nəzərdə tutulan birgə fəaliyyət planını razılaşdırıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR