ENG

Oktyabrın 21-də “Orionid” meteor yağışı maksimal fəallığı ilə seçiləcək

2555
A A A
Oktyabr 18 2018

18:04

Yer sakinləri oktyabrın 16-dan 30-dək “Orionid” meteor yağışını müşahidə edə biləcəklər. Bu müddət ərzində müşahidə edilən meteor hadisələrinin sayı fərqli olacaq. Oktyabrın 21-də “Orionid” meteor yağışı maksimal fəallığı ilə seçiləcək. Belə ki, nəzəri olaraq bir saatda 25-dək meteor müşahidə ediləcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakıda “Orionid” meteor yağışı Şərq istiqamətində gecə yarısı üfüqdən 17 dərəcə yuxarıda görünəcək. Bu isə o deməkdir ki, biz təqribən bir saat ərzində 7-dək meteor müşahidə edə biləcəyik. Bu prosesi dağlıq ərazilərdə adi gözlə də müşahidə etmək olar. Şəhər mühitində süni işıq mənbələri meteorları görməyə mane olur. “Orionid” meteor yağışının səbəbi Holley kometidir. Bu hadisə Yer planeti trayektoriyasının Holley kometinin hissəciklərindən ibarət toz kütləsi ilə kəsişməsi zamanı baş verir.

Qeyd edək ki, Halley kometi hər 75-76 ildən bir Günəş sisteminə daxil olan və Yer kürəsinin yaxınlığından keçən “quyruqlu ulduzdur”. Bu ulduza onunla maraqlanan Edmund Halleyin şərəfinə “Halley kometi” adı verilib. Bu, normal insan gözü ilə görülə bilən tək kometdir.

 

Mənbə: Azərtac

HİKMƏTLİ SÖZLƏR