ENG

Fizika üzrə Nobel mükafatı Laureatı (1985-ci il) professor Klaus fon-Klitsinq (Klaus von Klitzing) AMEA Fizika İnstitutunda olmuşdur

3064
A A A
Oktyabr 29 2013

2013-ci il 31 oktyabr - 1 noyabr tarixlərində keçirilən “Bakı Beynəlxalq Humanitar Forumu”çərçivəsində Bakıda səfərdə olan Fizika üzrə Nobel mükafatı Laureatı (1985-ci il), Maks Plank adına Ştutqart Elmi-Tədqiqat İnstitutunun professoru Klaus fon-Klitsinq 29 oktyabr tarixində AMEA Fizika İnstitutunda olmuşdur.

Görüşdə Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqələri çərçivəsində AMEA-nın Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturlarının, nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlıqlarının alınaraq burada quraşdırılması, ABŞ-da, Yaponiyada kadrların ixtisasının artırılması, İnstitutun ən qısa zamanda müasir tələblərə cavab verən ən yeni nəsil cihazlarla əvəz olunması barədə məlumat verilmişdir.

Professor Klaus fon-Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirmiş, fikir mübadiləsi aparmış və öz tövsiyələrini vermişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR