ENG

Azərbaycan Elm Fondu Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edir.

344
A A A
Sentyabr 10 2024

Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Azərbaycan Elm Fondu, 2024-cü il 22 aprel tarixində imzalanmış Sazişin müddəalarını nəzərə almaqla, cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini (AEF-BQM-BRFTF-4/2024-5(53)) elan edir.

Müsabiqədə iştirak etmək üçün layihələr 10 sentyabr 2024 – 08 noyabr 2024 il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin açıqlanması 2025-ci ildə planlaşdırılır. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.

Hörmətli Alimlər!

“e-QRANT ”=“ Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e- grant.aef.gov.az/) saytında texniki işlər aparıldığı üçün müsabiqəya layihələr kagız formatında qəbul olunacaq. Layihənin təqdim edilməsi üçün formalar müsabiqə elanına əlavə olunur.

Hörmətli Аlimlər!

Ərizənizi təqdim etməzdən əvvəl, gələcəkdə hər hansı problem və ya narazılığın qarşısını almaq üçün müsabiqə elanını diqqətlə oxuyun. Layihə ilə yanaşı, elmi fəaliyyətlə məşğul olduğunuzu göstərən zəruri sənədlər paketini, işlədiyiniz qurumun rəhbərliyi adından iştirakınıza razılıq məktubu, еləcə də şəxsiyyət vəsiqələri, diplomlar və s. sənədləri  Fonda təqdim etməyinizi xahiş edirik.

HİKMƏTLİ SÖZLƏR