ENG

Azərbaycan-Fransa Elmi Əməkdaşlıq Sazişi imzalanmışdır

3844
A A A
May 12 2014

2014-cü il 12 may tarixində Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyanatı”nı dövlət başçıları İlham Əliyev və Fransua Olland imzaladılar.

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva bürosunun direktoru Mişel Tararin imzaladılar.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR