ENG

Azərbaycan Elm Fondu ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

653
A A A
İyun 05 2023

5 iyun 2023-cü il tarixində Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının prezidenti Hasan Sandal arasında keçirilən görüşdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Əməkdaşlıq haqqında Protokol imzalanıb.

İmzalanmış Protokol çərçivəsində Azərbaycan Elm Fondu (AEF) ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli müsabiqələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında icra olunacaq beynəlxalq qrant müsabiqələlərin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin AEF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müzakirələrdə TÜBİTAK-ın AEF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

HİKMƏTLİ SÖZLƏR