ENG

Əsas Qrant Müsabiqəsi - 2022-nin nəticələri

1398
A A A
Fevral 28 2023

Hörmətli alimlər,

Azərbaycan Elm Fondu 25aprel 2022-ci ildə elan edilmiş“Əsas Qrant Müsabiqəsi - 2022” - nin qaliblərini elan edir!

Müsabiqədə iştirak etmək üçün layihələr “e-QRANT” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə 2022-ci 25 aprel – 30 iyun tarixlərində qəbul olunmuşdur.

Bu müddət ərzində Azərbaycan Elm Fondunun əməkdaşları qrant iddiaçılarına kömək məqsədilə 6 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

Müsabiqəyə 126 layihə daxil olmuş, layihələrin elmi ekspertizası işi təşkil olunmuş, bu işə Azərbaycan Elm Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşdur.

“Əsas Qrant Müsabiqəsi - 2022” (kod: AEF-MCG-2022-1(42)) çərçivəsində cəmi maliyyələşdirilmə həcmi 2 120 000 (iki milyon yüz iyirmi min) manat olmaqla 12 layihə seçilmiş və onların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmişdir.

 Azərbaycan Elm Fondu bütün qalibləri təbrik edir və layihə iştirakçılarının ən yüksək elmi nəticələr əldə edəcəyinə ümid edir.

 

Qaliblərin siyahısı www.aef.gov.az saytımızda yerləşdirilib.

HİKMƏTLİ SÖZLƏR