ENG

2 FEVRAL - Azərbaycan Gəncləri Günü.

670
A A A
Fevral 01 2023

Gənclər Gününün qeyd edilməsi ənənəsi 1996-cı il fevralın 2-də keçirilən və respublikanın bütün regionlarından 2 minə yaxın gənc nəslin nümayəndəsini bir araya gətirən ilk Gənclər Forumundan yaranıb.

Müvafiq təşkilatlara həvalə edilmiş əsas vəzifə gənclərin hərtərəfli inkişafı üçün səmərəli tədbirlərin həyata keçirilməsi, o cümlədən gənclərin problemlərinin tez və səmərəli həllinə köməklik göstərməkdən ibarət olmuşdur.

1997-ci ildə ulu öndər Heydər Əliyev fərman imzaladı və ona əsasən yuxarıda qeyd olunan Forumun keçirildiyi gün - 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi.

Həmin vaxtdan MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq fevralın 2-si Azərbaycanda təntənəli şəkildə qeyd olunur.

Xatırladaq ki, Beynəlxalq Gənclər Günü (International Youth Day) 1998-ci il avqustun 8-12-də Lissabonda keçirilən Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya Konfransının təklifi ilə 1999-cu il dekabrın 17-də BMT Baş Assambleyası tərəfindən təsis edilib.

Azərbaycan gənclərini bayram münasibətilə təbrik edir, hər kəsə xoşbəxtlik, cansağlığı və uğurlar arzulayırıq.

 

Azərbaycan Elm Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR