ENG

Elmi ekspertlərin məlumat bazasının yenilənməsi.

2557
A A A
May 06 2022

Hörmətli alimlər!

Elmi ekspertlərin məlumat bazasının yenilənməsi ilə əlaqədar Elmin İnkişafı Fondu (EİF) elmin bütün sahələri üzrə müstəqil ekspertləri əməkdaşlığa dəvət edir. Nəzərə alın ki, ekspert komissiyasının seçimi təqdim etdiyiniz məlumatlara əsaslanacaq. Buna görə də Sizdən elmi fəaliyyətləriniz haqqında qısa və yığcam şəkildə məlumat verməyinizi və bəzi şəxsi məlumatlarınızı paylaşmanızı xahiş edirik. EİF-ə təqdim etdiyiniz bütün məlumatlar yalnız məlumat bazasında saxlanılacaq və heç bir halda məlumat üçüncü tərəfə verilməyəcəkdir. Bildiyiniz kimi, EİF-ə təqdim olunan hər bir layihə texniki və elmi ekspertizadan keçirilir. Biz elmi ekspertlərin məlumat bazasını yeniləyirik. Hər bir layihə üçün ekspert birdəfəlik əməkhaqqı alacaq. Bir müsabiqədən maksimum 3 layihə bir ekspert tərəfindən qiymətləndirilə bilər. Daha dəqiq rəy üçün Sizdən ixtisasınızı və fəaliyyət sahənizi dəqiq göstərməyinizi xahiş edirik.

Hörmətli alimlər!

Sizinlə əməkdaşlıq etməkdən və Sizdən obyektiv və izahlı rəy almağımıza məmnun olarıq.

Əməkdaşlığınız üçün təşəkkür edirik.

Tam məlumat vermək üçün linkə daxil olun və formanı doldurun.

HİKMƏTLİ SÖZLƏR