ENG

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb.

1778
A A A
Mart 01 2022

Sıralarında 18 min üzvü   birləşdirən  YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarının say tərkibi genişlənir.  Belə ki,   martın 1-də bu tərkibə  Yusif Səfərov küçəsi 27 ünvanında yaradılan “Elm” ərazi partiya təşkilatı  daxil  olub.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edib: “Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu  Yeni Azərbaycan Partiyası son 18 ildən artıq dövrdə  möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Yeni Azərbaycan Partiyasının ötən il  martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda keçirilən  VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev  bu il 30 illik yubileyini qeyd edəcək partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək qarşıdakı dövr ərzində görüləcək işləri diqqətə çatdırmışdır. Dövlət başçısının  proqram xarakterli çıxışı hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. YAP Sədri İlham Əliyevin VII qurultayda verdiyi tapşırığa əsasən partiyanın yeni proqramı təsdiqlənib. Yeni proqramda  günümüzün əsas çağırışlarından olan  işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işlərinin  həyata keçirilməsi, soydaşlarımızın Böyük Qayıdışının gerçəkləşməsi öz əksini tapıb. Həmin proqramda  Yeni Azərbaycan Partiyasının   hədəfləri və onlara nail olmağın mexanizmləri də qeyd olunub.   Bu mühüm məqam  bir daha vurğulanır ki,  Azərbaycanı daim inkişafa aparan  Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan xalqına tarixi Zəfərimizin sevincini yaşatdı.  Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri məhz Heydər Əliyev irsinin təbliği və təşviqidir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün, zamanın öz tələbləri vardır.  Yeni Azərbaycan Partiyası daim yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir.  Partiyanın dəyişməz prinsipləri, sözlə əməl birliyi onu cəmiyyətin avanqard qüvvəsinə çevirib.  Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davamı olaraq Prezident İlham Əliyevin “YAP nəinki ölkənin, Cənubi Qafqazın   güclü siyasi təşkilatıdır” fikirləri   yarandığı gündən ümumxalq partiyası adını qazanan  Yeni Azərbaycan Partiyasına olan inam və etimadın göstəricisidir.

Sonra təşkilati məsələyə baxılıb.  Mehriban İmanova “Elm” ərazi partiya təşkilatının sədri,  Toğrul Quliyev  isə sədr müavini seçiliblər.

Mənbə: yap.org.az

 

HİKMƏTLİ SÖZLƏR