ENG

20 Yanvar - Ümumxalq Hüzn Günü.

1513
A A A
Yanvar 19 2022

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 1990-cı ilin 20 Yanvarında Azərbaycanın paytaxtı Bakıda baş vermiş qanlı hadisədən 32 il ötür. 1990-cı il 20 Yanvar günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın digər bölgələri kimi Bakıya da daxil olan hərbi birləşmələr 147 dinc sakini qətlə yetirmiş, 744 günahsız dinc sakin yaralanmış, onların bir çoxu əlil olaraq qalmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Həmin faciəli günlərdə ölkə sakinlərinin göstərdiyi şücaət nəhayət Azərbaycanı müstəqilliyə qovuşdurdu. Həmin qanlı hadisələrdən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı o müdhiş gecəni əbədi xatırlayacaqdır.

Bu faciə Azərbaycan xalqının yaddaşında Milli Hüzn Günü kimi əbədiləşdirilib.

Hər il yanvarın 20-də səhər tezdən on minlərlə insan Bakının Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR