ENG

“Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsinin tədqiqat işləri davam etdirilir

3482
A A A
Sentyabr 07 2021

Elmin İnkişafı Fondunun qrantını qazanmış layihənin tədqiqat işləri davam etdirilir

"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Inkişafı fondunun” Elm-Təhsil-Sənaye” məqsədli qrantını qazanmış “Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsinin Xəzər Universiteti, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu, Qarabağ Atçılıq və Dilbaz Atşılıq kompleksləri tərəfindən birgə tədqiqat işləri davam etdirilir.

 

Layihə çərçivəsində hər təsərrüfatda 25 at arasında Bonitirə aparılmışdır (ümumilikdə 50 at)Bonitirədən sonra hər cinsdən 2 fərd. Dilbaz cinsi 1 madyan 1 ayğır, Qarabağ cinsi 1 madyan 1 ayğır seçilmiş və qeydiyyata götürülmüşdür. Bonitirə Azərbaycan Respublikası atçılıq haqqında qanunun tələblərinə uyğun olaraq aparılmışdır (Atların bonitirəsi  Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunun Maddə 24).  Bonitrə zamanı atların damazlıq keyfiyyətlərini, təkrar istehsala yararlılığını, mənşəyinin və irsi əlamətlərinin cinsin tələblərinə uyğunluğunu və istifadə təyinatını müəyyən etmək üçün kompleks əlamətlər üzrə qiymətləndirilmişdir. Bonitirənin göstəriciləri yaradılmış elektron məlumat bazasına daxil edilmişdir.

Elektron məlumat bazası Access məlumat bazası əsasında qurulmuşdur. Məlumat bazası 3 moduldan təşkil olunub.

Atların hərəkəti modulunda- atların cinsi, adı və ya ləqəbi, çip nömrəsi, pasport nömrəsi, bədən ölçüləri yer almaqla növbəti atın hərəkəti baş verərsə onun hərəkətinidə izləməyə icazə verən məlumatlar -  Kimə satılıb, Satılma tarixi, Yarışda olması, Məcburi tələf edilməsi, təbii ölməsi dəyişənləri daxil edilmişdir.

Laborator müayinələr modulunda -  atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi, gen analizi üçün nümunənin götürülməsi, GBS olması, GBS dən sonra hansı atla cütləşib, alınan bala, balanın cinsiyyəti, balanın əlamətləri, balanın jurnalda qeydiyyat nömrəsi, balanın sağlamlılq vəziyyətini əks etdirən dəyişənlər daxil edilmişdir.

Profilaktik tədbirlər modulunda - atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi qeyd olunmaqla atların qripinə, rinopnevmoniyasına, tetanusuna və viruslu arteritinə qarşı aparılan tədbirlər haqqında məlumat daxil edilir.

Atlar haqqında əldə olunmuş bu kompleks məlumatların elektron məlumat bazasına işlənilməsi   Dilbaz və Qarabağ atçılıq komplekslərində yenilikdir layihənin sonunda yenilənmiş versiyası həmin təsərrüfatlara təqdim ediləcəkdir. Növbəti mərhələdə bonitirə prosesi yerdə qalan atlar arasında davam etdiriləcək və elektron çipi olmayan fərdlər çiplənəcəkdir.

Layihədə əldə  olunmuş nəticələr 6-7 may 2021 ci il tarixdə  “Biologiyada Elmi Nailiyyətlər və Çağırışlar” X beynəlxalq konfransda çıxış edilmiş və öz sahəsi üzrə birinci yerə layiq görülmüşdür.

HİKMƏTLİ SÖZLƏR