ENG

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda süni intellekt (Artificial intelligence powering 5G_6G Road) üzrə onlayn görüş baş tutdu.

3350
A A A
Sentyabr 01 2021

Spiker Muthanna Ammar Saleh Ali Simsiz 5G Şəbəkələrinin Modelləşdirilməsi Elmi Mərkəzinin direktoru vəzifəsində çalışır (ətraflı məlumatı https://www.sut.ru/bonchnews/graduate/09-08-2021-ammar-muthanna-chuvstvuu-sebya-svoim ünvanında tapa bilərsiniz).

Onlayn görüşdə, spiker Muthanna Ammar Saleh Ali iştirakçılara təhsilinin, tibbinin keyfiyyətini dəyişdirəcək və iqtisadiyyatın demək olar ki, bütün sahələrində əmək məhsuldarlığını kökündən artıracaq yeni imkanlar haqqında danışdı. Professorun sözlərinə görə, süni intellekt müəyyən vəzifələri yerinə yetirmək üçün insan davranışını təqlid edə bilən və alınan məlumatlardan istifadə edərək tədricən öyrənə bilən bir sistem və ya maşındır.

Süni intellekt bir format və ya funksiya deyil, bir prosesdir və məlumatları düşünmək və analiz etmək qabiliyyətidir. Bir çox insanlar "süni intellekt" sözündən dünyanı ələ alan ağıllı robotların olduğunu düşünsələr də, əslində süni intellekt insanları əvəz etməyi nəzərdə tutmur. Məqsəd insan qabiliyyət və imkanlarının sərhədlərini genişləndirməkdir. Buna görə də bu texnologiya qiymətli bir iş mənbəyidir.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR