ENG

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsini elan edib

4445
A A A
Avgust 18 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılması, bölgənin kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi məqsədilə 2021-ci il üçün "Qarabağ - Azərbaycandır!" qrant müsabiqəsini elan edib.

Müsabiqədə iştirak etmək üçün layihələr 19 avqust 2021 – 15 oktyabr 2021 il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində  (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.

 

 

 Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR