ENG

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi olmuş “Kiçik Qafqaz təbii vilayətinin turizm-rekreasiya potensialının qiymətləndirilməsi və reyestri” adlı layihə çərçivəsində elmi araşdırmalar aparan tədqiqatçılar Qarabağda ezamiyyətdə olmuşlar.

3368
A A A
Avgust 16 2021

 “Kiçik Qafqaz təbii vilayətinin turizm-rekreasiya potensialının qiymətləndirilməsi və reyestri” adlı Elmin İnkişafı Fondunun lahiyəsi üzrə 2-12 avqust tarixlərində Göygöl, Daşkəsən, Goranboy, Gədəbəy, Tovuz rayonları, Gəncə və Naftalan şəhərlərinə ezamiyyət təşkil olunmuşdur. Yerlərdə tədiqatların aparılması, mövcud vəziyyətin öyrənilməsi, müalicəvi suların müasir vəziyyətinin təhlili, resursların geoinformasiya bazasının rəqəmsallaşdırlması, ehtiyatların pasportlaşdırlması üçün lahiyə rəhbəri Dərgahov Vüqar, icraçılar Məmmədov Qoşqar, Talıbov Səbuhi regionlara ezamiyyətə göndərilmişdir. Ezamiyyət müddətində qeyd edilən rayonların təbii, antropogen rekresiya turizm obyektlərinə baxış keçirlmiş, GPS kordinatları müəyyən edilmiş, elektron xəritələrin tərtibi üçün məlumatlar toplanmışdır.  Lahiyə üzrə ezam olunan əməkdaşlar tərəfindən yeni, qeydiyyata alınmamış təbii və milli irs nümunələrinin GPS kordinatları müəyyən edilmişdir. Eyni zamanda, qeyd olunan regionlar üzrə müalicəvi suların, təbiət abidələrinin və ənənəvi sənətkarlıq mərkəzlərinin GPS kordinatları göstərilmiş və müasiv vəziyyəti öyrənilmişdir.

Ümumilikdə Göygöl rayonu üzrə üç istiqamət (Topalhəsənli-Şəhriyar-Zurnabad, Haçıkənd-Yeni Zod-Çaykənd, Haçıkənd-Toğanalı-Əzgilli-Göygöl MP), 6 milli, 17 təbii irs; Daşkəsəndə dörd istiqamət (Aşağı Daşkəsən-Quşçu-Bayan-Çovdar, Yuxarı Daşkəsən-Əhmədli-Dəstəfur-Zinzahal, Zağalı-Qaratağlar-Alaxançalı, Daşkəsən-Əmirvar-Gəlinqaya), 14 milli, 10 təbii irs; Gədəbəy rayonunda dörd istiqamət (Gədəbəy-Söyüdlü-Soyuqbulaq-Alban məbədi, Maarif-Slavyanka-Narzan bulağı-Haçaqaya, Gədəbəy-Düzyurd-Qalakənd-Əlinağılar-Tursşu-Murtuza dağı, Gədəbəy-Böyük Qaramurad-Novosatatovka-Başkənd), 11 milli, 18 təbii irs; Tovuz rayonu üzrə 4 istiqamət (Qovlar-Yanıqlı-Avdal-Qəribli-Ağbaşlar, Əsrik Cırdaxan-Kirən-Sofular, Bayramlı-Əsrik dərəsi-Böyül Qışlaq-Qaralar, Göytəpə arxeloji abidəsi-Tovuz şəhəri-Yuxarı Öysüzlü-Mülkülü), 9 milli, 20 təbii irs, Goranboy rayonunda iki istiqamət (Goranboy şəhəri-Qızılhaçılı-Naftalan şəhəri-Qaşaltı, Goranboy şəhəri-Səfikürd-Yuxarı Ağcakənd-Ballıqaya) 6 milli, 10 təbii irs nümunələrinə baxış keçirilmiş, müasir vəziyyəti qiymətləndirilmiş, dəqiq kordinatları vurulmuşdur. Qeyd olunan təbii və milli irs resurslarının reyestrinin tərtibi üçün əlavə məlumatlar toplanılmış, onlar haqqında ədəbiyyatda verilmiş məlumatlar dəqiqləşdilmişdir.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR