ENG

14 iyul - Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümüdür.

3508
A A A
İyul 14 2021

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu vardır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət ərzində yığılıb qalmış problemlərinin həllində və ən əsası, dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarını problemlərin həllinə yönəltməyə imkan verdi. O illərdə bu böyük insan ardıcıl olaraq respublikamızın sürətli sosial-iqtisadi inkişafı, xüsusilə də iqtisadiyyatın səmərəli yerləşdirilməsi siyasətini yeridib, şəhər və kəndlərin inkişafına böyük qayğı göstərib.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edib, eyni zamanda həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yerləşdirilib.

Məlumdur ki, qeyri-neft sektorunun çoxşaxəli, səmərəli inkişaf etdirilməsi, emal sənayesinə aid müəssisələrin kiçik və orta şəhərlərdə yerləşdirilməsi müasir dövrdə respublikamızda iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Odur ki, ümummilli liderimizin 70-80-ci illərdəki iqtisadi siyasətinin, bu siyasəti reallaşdırmaq üçün istifadə etdiyi üsul və vasitələrin öyrənilməsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR