ENG

Elmin İnkişafı Fondu tərəfindən “Gənc Alim və Tədqiqatçıların” 5-ci qrant müsabiqəsi elan olunub.

5008
A A A
Avgust 06 2020

17:54

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub.

Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alim və tədqiqatçıların, bir elmi mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədi ilə gənc alimlər və tədqiqatçılar tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları və s.) çalışan gənc alim və tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq  imkanı yaratmaq məqsədi ilə keçirilir.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 07 avqust 2020-ci il tarixdən etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) 07 sentyabr 2020-ci il saat 17:00-dək həyata keçiriləcəkdir. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur. “Asan-imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR