ENG

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

2818
A A A
İyun 01 2020

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, Ölkəmizin, Millətimizin, Dövlətimizin sabahı bundan asılı olacaqdır”

                                                                                                       Ümummilli lider Heydər Əliyev.

 

1 İyun  bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır. Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na əsasən məktəblərimiz müasir kompüter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Hal hazırda uşaqlara qayğı dövlət başçımız İlham Əliyev və Heydər Əliyev fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.  

Elmin İnkişafı Fondunun icraçı direksiyası 

 

HİKMƏTLİ SÖZLƏR