ENG

Elmin İnkişafı Fondunda “9 Noyabr - Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilmişdir

3664
A A A
Noyabr 08 2019

10:56

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

08 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunda 9 Noyabr - Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Fondun müşaviri Toğrul Quliyev tarixən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları haqqında məlumat vermişdir. Bayraq Meydanının yaradılmasının Azərbaycanın qüdrətini, Azərbaycan xalqının öz dövlət rəmzlərinə sevgisi və ehtiramını əks etdirdiyini qeyd etmişdir. Artıq bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda Azərbaycanın dövlət bayrağı dalğalanır. Müstəqil Azərbaycanımız isə gündən-günə qüdrətlənir, xalqın rifahı yüksəlir. 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR