ENG

EİF və TÜBİTAK birgə beynəlxalq müsabiqəsi üzrə qrant iddiaçılarının nəzərinə!

6102
A A A
Yanvar 23 2019

18:30

Hörmətli qrant iddiaçıları,

EİF və TÜBİTAK-ın birgə elan etdiyi beynəlxalq qrant müsabiqəsi üzrə layihələrin Fondun e-Qrant sistemi vasitəsilə qəbulunun vaxtı 2019-cu il 29 mart tarixinədək uzadılmışdır.

Birgə elandakı dəyişikliklərə diqqət yetirməyiniz xahiş olunur.

Azərbaycan tərəfindən təqdim edilən layihə üçün biznes və ya sənaye qurumunun məbləğ konkret göstərilməklə yazılı maliyyə dəstəyi tələb olunur. Maliyyə dəstəyinin minimum həddi layihə məbləğinin ən azı 25%-ni təşkil etməlidir. Biznes və ya sənaye qurumunun maliyyə dəstəyinin daha çox olması ekspertizanın nəticələri əsas tutulmaqla həmin layihənin qalib olmaq şansını kifayət qədər artırır.

Nəzərə almağınız xahiş olunur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası   

HİKMƏTLİ SÖZLƏR