ENG

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

3378
A A A
Yanvar 18 2019

13:00

Elmin İnkişafı Fondunda 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqillik tarixindəki rolunu qeyd edib: “20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin “20 Yanvar” terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarix xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq sonu müstəqilliyə aparan bir yolun başlanğıcı olması ilə nəticələnmişdir”.

Elçin Babayev Ümummili Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşıdırılacağına əmin olduğunu bildirib.

Anım tədbiri 20 Yanvar faciəsi ilə bağlı açılan yeni faktların müzakirəsi ilə davam etdirilib. 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR