ENG

TƏCİLİ: Qrant iddiaçılarının nəzərinə!!!

4437
A A A
Yanvar 16 2019

12:00

Hörmətli qrant iddiaçıları,

 

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməlidir.

Bu proseslə əlaqədar olaraq, Elmin İnkişafı Fondu elan olunmuş aşağıdakı müsabiqələr üzrə layihələrin qəbulunu dayandırır:

-        “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi;
-        9-cu “Mobillik qrantı” müsabiqəsi.

Elmin İnkişafı Fondu və TÜBİTAK tərəfindən birgə təşkil olunmaqla keçirilən 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinə layihələr yalnız sənaye və biznes qurumlarının maliyyə dəstəyi verildiyi halda qəbul olunacaqdır.

Zəruri hallarda əlavə məlumat veriləcəkdir.

Nəzərə alınması xahiş olunur.

Vəziyyəti anladığınıza görə irəlicədən təşəkkür edirik.

 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası   

HİKMƏTLİ SÖZLƏR