ENG

“Times Higher Education (THE)”in Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov EİF-də olub

2906
A A A
Dekabr 10 2018

17:58

2018-ci il 10 dekabr tarixində “Times Higher Education (THE)”in Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov Elmin İnkişafı Fondunda olub.

Elmin İnkişafı Fondu ilə THE arasında yeni əməkdaşlıq əlaqələri qurulub. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ilə keçirilən görüşdə yaxın və uzaq dövr üçün əməkdaşlıq məsələləri müzakirə olunub.

“Times Higher Education (THE)” (https://www.timeshighereducation.com/) ali təhsil xəbərləri və digər məsələlər barədə ixtisaslaşmış və redaksiyası Londonda yerləşən dünyanın nüfuzlu həftəlik jurnalıdır, məlumat və araşdırmalar əsasında universitetlərin illik reytinqlərini müəyyənləşdirir.

HİKMƏTLİ SÖZLƏR