ENG

Elmin İnkişafı Fondunda “Tokyo Boeki Technology Ltd” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

3350
A A A
Noyabr 08 2013

2013-cü il 8 noyabr tarixində Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən tədbirdə Yaponiyanın tanınmış şirkəti olan Tokyo Boeki Technology Ltd-nin prezidenti Kazuei Uçidanın rəhbərliyi altında nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Tərəflər arasında imzalanmış Əməkdaşlıq haqqında Memoranduma əsasən bu şirkət Elmin İnkişafı Fondunun qrant layihələri üzrə ən müasir elektron mikroskopların və digər avadanlıqların alınaraq AMEA-nın Fizika və Geologiya İnstitutlarında, həmçinin Azərbaycan Tibb Universitetində quraşdırılmasında bilavasitə iştirak etmişdir.

Tərəflər qarşıdan gələn dövr üçün əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR