ENG

Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə “Neft və geoekologiya” mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçiriləcək

2742
A A A
Noyabr 29 2018

17:04

AMEA Neft və Qaz İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş I beynəlxalq məktəb-seminar “Neft və geoekologiya” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş Gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) qalibi olub.

3-5 dekabr 2018-ci il tarixlərində Neft və Qaz İnstitutu tərəfindən qalib layihəyə əsasən "Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin iştirakı gözlənilir.

 

Mənbə: AMEA

HİKMƏTLİ SÖZLƏR