ENG

“Springer Nature” və Elmin İnkişafı Fondu müəllif seminarı keçirəcək

4053
A A A
Noyabr 27 2018

17:01    

Tədbirin proqramı

2018-ci il 4 dekabr tarixində “Springer Nature” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirəcək. 

Seminarda “Springer Nature” şirkətinin Lisanslama müdiri Merve Okur Karagülle bu şirkətin profili, Azərbaycanda tədqiqat nəticələri və Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivləri haqqında məruzə edəcək. “Springer Nature” şirkətinin satış direktoru Şahin Giray isə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları və məqalə əlyazmasının çapa hazırlanması, həmçinin  düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim keçəcək. Tədbirin sonunda suallar cavablandırılacaq. Saat 10:30-da başlayacaq tədbir AMEA Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.Təlim elm və tədris müəssisələrində çalışan alimlər, mütəxəssislər, həmçinin doktorant və dissertantlar üçün nəzərdə tutulub. Seminarda iştirak ödənişsizdir və qeydiyyat əsasındadır. Qeydiyyat üçün bu linkdən istifadə etmək olar. 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR