ENG

Ceyrançöl alçaq dağlığı ərazisində tədqiqatlar aparılıb

2623
A A A
Noyabr 19 2018

AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, dos. İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatı aparıblar.

Çöl ekspedisiyası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)" layihəsi əsasında təşkil edilib.

10 gün davam edən tədqiqatlar zamanı torpağın genetik qatları üzrə fiziki xüsusiyyətləri öyrənilib, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaq əmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər araşdırılıb. Qoyulmuş torpaq kəsimləri əsasında morfoloji təsvir və analiz üçün nümunələr götürülüb.

 

Mənbə: AMEA

HİKMƏTLİ SÖZLƏR