ENG

Günün kosmik hava durumu və proqnozu

3188
A A A
Oktyabr 25 2018

12:52

Kosmik hava durumu Günəş aktivliyi çox aşağı səviyyədə olub. 23 oktyabr /18.00 UTC-də şimal-şərq kvadrantı yaxınlığında aydın görünən tac qaralması və püskürmədən sonra SDO/AIA 193 görüntülərində ilgəklər müşahidə edilmişdir.

Bir neçə saatdan sonra SVI Günəş Optik Rəsədxanasında bu kvadrantın yaxınında DSF hadisəsi, yəni “Disappearing Solar Filament” (Günəş Protuberansının Qəfil İtməsi) müşahidə olundu. Lakin bu hadisə erupsiya, yəni partlayışla müşayiət olunmadı. STONO-A və SOHO / LASCO koronoqrafında əldə olunan təsvirlər əvvəlcə CME-nin (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) bu hadisələrə bağlı olduğu fikrini ortaya qoydu. Lakin zəif kütlə atılmalarının analizi və modelləşdirilməsi bu ehtimalı azaltdı. Ona görə də rəsmi proqnozda bu xüsusiyyət nəzərə alınmayacaq.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə qalmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Hesabat gününün Günəş küləyinin sürəti təxminən 350 km/san olmuşdur. Ümumi maqnit sahəsi ortalama olaraq 5 nT, Bz komponenti üçün isə az dəyişkənlik müşahidə olunmuşdur. Phi bucağı əsasən mənfi sektora doğru yönəlmişdir.

Geomaqnit sahədə son 24 saat ərzində sakit olmuşdur.

Kosmik hava proqnozu Günəş aktivliyinin növbəti üç gün ərzində (25-27 oktyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövrünün bütün günləri (25-27 oktyabr) normal və orta səviyyələrdə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15–17 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (25-27 oktyabr) Günəş küləyi parametrlərinin yüksələcəyi gözlənilir. Bu proqnoz əsasən 25 oktyabrda mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams–Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) təsirinin artması effektinə əsaslanır. İkinci proqnoz gününə də (26 oktyabr) parametrlərin yüksəldiyi periodlar təsadüf edəcəyi proqnozlaşdırılsa da, artıq üçüncü gün (27 oktyabr) küləyin nominal fon rejiminə qayıdacağı gözlənilir.

Proqnoz dövründə ilk iki gün (25, 26 oktyabr) mənfi qütblü CH HSS effektinin təsiri səbəbindən geomaqnit sahənin də kiçik həyəcanlanmalara məruz qalacağı gözlənilir. Lakin 27 oktyabrda sakit səviyyəyə qayıdacağı proqnozlaşdırılır.

 

Mənbə: www.shao.az

 

HİKMƏTLİ SÖZLƏR