ENG

Elmin İnkişafı Fondunun nümayəndə heyətinin “Springer-Nature”nin lisenziyalar üzrə meneceri ilə Ankarada görüşü keçirilib

1846
A A A
Oktyabr 01 2018

15:21

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Springer-Nature”nin lisenziyalar üzrə meneceri Merve Okur Karagülle arasında Ankarada görüş keçirilib.

Görüşdə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə olunub. Qərara alınıb ki, ilkin addım olaraq, cari ilin noyabr ayından başlayaraq, Azərbaycan alimləri üçün elmi məqalələrin dünya standartlarına uyğun yazılması üzrə öyrədici seminarlar birgə təşkil olunaraq keçirilsin.

Springer-Nature 2015-ci ilin may ayında Springer Science+Business Media, Holtzbrinck Publishing Group's Nature Publishing Group, Palgrave Macmillan və Macmillan Education nəşriyyat qruplarının birləşməsindən yaradılan bir akademik nəşriyyat şirkətidir.

Birləşmək haqqında plan 2015-ci il yanvarın 15-də açıqlanıb. Köçürülmə Holtzbrinck-in  payların əksəriyyətinə (53%) sahib olması ilə 2015-ci ilin may ayında  tamamlanıb.

Springer-Nature dünyanın ən nüfuzlu jurnallarını çap edən, açıq tədqiqat sahəsində təşəbbüskarlıq edən və bütün tədqiqat icmasına yüksək xidmət göstərməyə çalışan qlobal bir elmi nəşriyyat evidir. Onun məqsədi elmi tədqiqatların inkişafını təmin etmək və tədqiqatçıların nəticələrinin yaxşılaşdırılmasına kömək etməkdir.

Springer-Nature müəlliflərə öz kəşflərini bölüşməyə kömək edir, tədqiqatçılara başqalarının işlərini tapmaq, əldə etmək və anlamaq imkanı verir və kitabxanaları və institutları texnologiyada baş verən yeniliklər ilə təmin edir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR