ENG

Elmin İnkişafı Fondunun nümayəndə heyəti TÜBİTAK-da olub

2336
A A A
Oktyabr 02 2018

17:50

2018-ci ilin oktyabr ayında elan olunacaq “Türk Dünyası Araşdırmaları” adlı beynəlxalq qrant müsabiqəsi çərçivəsində Elmin İnkişafı Fondu və Türkiyə Elm, Sənaye və Texnologiyalar Nazirliyinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə müsabiqəsinin keçirilməsinə dair hazırlıq işlərinin aparılması, həmçinin Fondun beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində olub.

“Türk Dünyası Araşdırmaları” adlı beynəlxalq qrant müsabiqəsi çərçivəsində 1-ci Azərbaycan-Türkiyə qrant müsabiqəsinin (“AzTürk-1”) keçirilməsinə dair hazırlıq işlərinin aparılması məqsədilə TÜBİTAK-da tərəflərin işçi qruplarının birgə iclası keçirilib.

İclasdan əvvəl TÜBİTAK-ın prezidenti, professor Hasan Mandal və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, mövcud əlaqələrin perspektivləri müzakirə edilib, tərəflərin təcrübəsi üzrə mübadilə aparılıb. Burada TÜBİTAK-da son illər həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verilib, kəsişən elmi-təşkilati maraq dairələri ətraflı müzakirə edilib.

Tərəflərin işçi qruplarının birgə iclaslarında 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”)  qrant müsabiqəsinin şərtləri, elanın mətni, müsabiqənin keçirilmə tarixləri, birgə ekspertiza işinin təşkili, qrant layihələrinin elektron idarəolunması sistemlərinin strukturu bütün detalları ilə müzakirə olunaraq razılaşdırılıb və ümumi sənədlər toplusu hazırlanıb. İşçi qrupun iclaslarına TÜBİTAK-ın vitse-prezidenti Orkun Hasekioğlu və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev həmsədrlik ediblər. Görüşdə TÜBİTAK-ın ikitərəfli və çoxtərəfli əlaqələr departamentinin rəhbəri Mete Karaca, Elmi proqramlar eksperti Müslüm Güzel də iştirak ediblər.

Elmin İnkişafı Fondu ilə TÜBİTAK arasında elm və texnologiya sahəsində Əməkdaşlıq haqqında beynəlxalq Saziş 2015-ci il 27 may tarixində Ankara şəhərində imzalanıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

Əlavə link: www.tubitak.gov.tr 

HİKMƏTLİ SÖZLƏR