ENG

Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək

3359
A A A
Sentyabr 06 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu fəaliyyət planına uyğun olaraq və bir neçə dövlət Proqramında Fondun iştirakı nəzərə alınmaqla 2018-ci ilin sonunadək müxtəlif xarakterli bir neçə qrant müsabiqəsi elan edərək keçirəcək: “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqәsi, “Türk dünyası araşdırmaları” beynəlxalq qrant müsabiqəsi və “Mobillik qrantı” müsabiqələri.  

“Türk dünyası araşdırmaları” beynəlxalq qrant müsabiqəsində TÜBİTAK ilə birgə layihələrin də maliyyələşdirilməsi nəzərdə tutulub.  

İlin sonunadək Clarivate Analytics şirkətinin keçirəcəyi elmi nailiyyətlərə görə mükafatlandırma müsabiqəsinə Elmin İnkişafı Fondu da dəstək verəcək.  

Adıçəkilən müsabiqələrlə bağlı əlavə məlumat veriləcək.

 

 

HİKMƏTLİ SÖZLƏR