ENG

KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Elmin İnkişafı Fondunda olub

1345
A A A
Sentyabr 04 2018

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayev Elmin İnkişafı Fondunda olub.

Fondun icraçı direktoru Elçin Babayevin iştirakı  ilə keçən görüşdə aqrar tədqiqatlar sahəsində aparılan islahatlar, aqrar elmdəki müasir trendlər, maliyyələşdirilmə yolları, kadr hazırlığı məsələləri müzakirə edilib.

Elmin İnkişafı Fondunun yaxınlarda elan edəcəyi “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi üzrə məsləhətləşmələr də aparılıb.

HİKMƏTLİ SÖZLƏR