ENG

Tanınmış alim Elmin İnkişafı Fondunda olub

2172
A A A
Sentyabr 05 2018

İngiltərə Tibb Tədqiqatları Şurasının (MRC) Kembricdə yerləşən Molekulyar Biologiya Laboratoriyasının (LMB) Hesablama struktur biologiyası (CSB) qrupunun rəhbəri, nüfuzlu və tanınmış alim Qərib Mürşüdov Elmin İnkişafı Fondunda olub.

Fondun icraçı direktoru Elçin Babayevin iştirakı  ilə keçən görüşdə elmdə müasir meyllər, elmin maliyyələşdirilməsinin mexanizmləri, elmi tədqiqatların təşkili, beynəlxalq əlaqələr, kadr hazırlığı və bu kimi məsələlər müzakirə edilib, elmi diasporanın rolu üzrə fikir mübadiləsi aparılıb.

Bu cür məsləhətləşmələrin mütəmadi olaraq baş tutması barədə ümumi razılıq əldə olunub.

HİKMƏTLİ SÖZLƏR