ENG

Günün kosmik hava durumu və proqnozu

2470
A A A
Avgust 06 2018

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. Günəş diskində ləkə yoxdur. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections –Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli və 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri normal külək rejiminin üstünlük təşkil etməsini göstərir. Geomaqnit sahədə son 24 saat ərzində çox sakit olmuşdur.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (05-07 avqust) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (05–07 avqust) normal səviyyədən orta səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (05–07 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövrünün birinci günü (05 avqust) Günəş küləyi parametrlərinin normal olacağı, ikinci gün (06 avqust) sürətin artacağı və təxminən 500 km/san olacağı, üçüncü gün (07 avqust) isə yenidən normal rejimə dönəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (05–06 avqust) geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır. Üçüncü gün isə (07 avqust) bəzi periodlarla azacıq aktivlik müşahidə oluna bilər.

Mənbə: www.shao.az

HİKMƏTLİ SÖZLƏR