ENG

Günün kosmik hava durumu və proqnozu

4187
A A A
İyul 16 2018

Kosmik hava durumu - Günəşdə aktivliyi Günəş diskinin ləkəsiz olması səbəbindən çox aşağı səviyyədə olub.

Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli orta səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri normal səviyyədədir. Son 24 saat ərzində geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (16-18 iyul) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (16-18 iyul) normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (16-18 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə növbəti birinci gün ərzində (16 iyul) Günəş küləyi parametrlərinin qiymətlərində azacıq artma müşahidə olunsa da, növbəti iki proqnoz günündə (17-18 iyul) şəraitin yenidən norml səviyyədə davam edəcəyi gözlənilir.

Proqnoz dövründə birinci gün (16 iyul) geomaqnit sahənin bəzi periodlarla həyəcanlanması gözlənilir. Bu həyəcanlanmanın meydana gəlməsi əsasən mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsirinin davam etməsi ilə əlaqələndirilir. Qalan iki gün (17-18 iyul) isə CH HSS effektinin təsiri zəiflədiyindən geomaqnit sahənin ümumən sakit olacağı proqnozlaşdırılır.

Mənbə: www.shao.az

HİKMƏTLİ SÖZLƏR