ENG

Günün kosmik hava durumu və proqnozu

1923
A A A
İyun 21 2018

Kosmik hava durumu - Günəşdə aktivlik çox aşağı səviyyədədirSon 24 saat ərzində 2714 (N08W67, Cro /beta) aktivlik oblastı isə yavaş-yavaş inkişafını davam etdirib. USAF (U.S. Air Force) Günəş Rəsədxanasının verdiyi məlumata görə bu oblastda artım fazasında bir neçə kiçik optik subalışmalar olub. 2713 (N05W38, Dso /beta) aktivlik oblastı inkişafını davam etdirsə də, maqnit qradiyenti və oblastın sürüşməsi zəif olub. 2715 (N08E20, Dai/beta) aktivlik oblastı özünün mürəkkəb inkişafına və əhatəsinə görə digər aktivlik oblastlarından seçilir. Həmin oblastda maqnit qradiyenti çox sıxılmış şəkildədir və güclü sürüşmə müşahidə edilir. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli normal və mülayim orta səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində qalıb.

Günəş küləyi parametrləri müsbət qütblülüyə malik olan və şimal qütbündən qaynaqlanan CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliyindən Yüksək Sürətli Axınlar) cənuba genişlənməsinin zəiflədiyini göstərir. Günəş küləyi sürəti ortalama 450 km/san olmuşdur. Hesabat dövrü ərzində, ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib. Maqnit sahəsinin Bz komponenti azacıq dəyişikliyə məruz qalıb. Phi bucağı müsbət oblasta doğru yönəlib.

Geomaqnit sahə zəifləyən Günəş küləyi mühiti fonunda sakitləşmişdir.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (21-23 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir. lakin 2715 aktivlik oblastının xüsusiyyətləri C-sinfindən alışmaların meydana gələcəyi istisna edilmir. Aktivlik oblastı artım fazasında olduğundan məşəllərin yaranacağı proqnozlaşdırılır.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövrünün birinci günündə (21 iyun) normal və orta səviyyələrdə olacağı proqnozlaşdırılır, ikinci və üçüncü günlər (22-23 iyun)  isə CH HSS təsiri səbəbindən orta səviyyədən yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (21-23 iyun)  fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (21-23 iyun) sürətli Günəş küləyi mühiti yavaş rejimlə əvəzlənəcək.

Proqnoz dövründə (21-23 iyun) yavaş Günəş küləyi rejiminin təsiri altında geomaqnit sahənin də əsasən sakit olacağı gözlənilir.

Mənbə: www.shao.az

HİKMƏTLİ SÖZLƏR