ENG

Clarivate Analytics onlayn seminarlar keçirir

5029
A A A
Fevral 20 2018

Hörmətli alimlər!

“Clarivate Analytics" sizi 19-28 fevral tarixlərində elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlarda iştirak etməyə dəvət edir.

- İnformasiya resurslarının hansı funksiyaları məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində sizə faydalı ola bilər?
- Öz sahənizdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərsiniz?
- Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir?  
- Elmi məqalələrə olan tələblər hansılardır?
- “Yırtıcı” jurnallarda nəşr olunmaqdan necə qorunmaq olar?
- Bir elmi təşkilatın bütün nəşrlərini necə tapmaq olar?
- Elmi təşkilatın nəşriyyat fəaliyyətini qiymətləndirmək və onun effektivliyini analoji  təşkilatlar ilə necə müqayisə etmək olar?

Seminar boyu bu və bir çox digər aktual mövzulara toxunulacaq və sizi maraqlandıran suallara cavab veriləcəkdir!

Cədvəllər

Seriya 1: Elmi nəşrlərin müəllifləri üçün informasiya alətləri

  1. Elmi məqalənin yazılması üçün faktiki mənbələrin seçilməsi (Web of Science)

          19 Fevral, Bazar ertəsi 09:00 -  QEYDİYYAT

          26 Fevral, Bazar ertəsi 11:00 - QEYDİYYAT 

  1. Məqalələrin GOST və beynəlxalq jurnalların tələblərinə uyğun olaraq  tərtibatı (EndNote Online)

          19 Fevral, Bazar ertəsi 11:00 - QEYDİYYAT

          26 Fevral, Bazar ertəsi 15:00 - QEYDİYYAT

  1. Web of Science platformasında  şəxsi tədqiqatçı profilinin yaradılması (ResearcherID)

          20 Fevral, Çərşənbə axşamı  09:00 - QEYDİYYAT

          26 Fevral, Bazar ertəsi 13:00 - QEYDİYYAT

       4. İmpakt faktorlu elmi jurnalların axtarışı və təhlili (Journal Citation Reports)  

          20 Fevral, Çərşənbə axşamı 11:00 - QEYDİYYAT

          27 Fevral, Çərşənbə axşamı 11:00 - QEYDİYYAT

Seriya 2: Elmi fəaliyyətin təhlili üçün informasiya alətləri

      1. Web of Science platforması üzrə məlumatın effektiv axtarışı və təhlili texnikası         

          21 fevral, Çərşənbə 11:00 - QEYDİYYAT

  1. Web ofScience bazasında təşkilat profilinin yaradılması və saxlanılması

          19 fevral, Bazar ertəsi 13:00 - QEYDİYYAT

      3. Nəşriyyat aktivliyinin peşəkar qiymətləndirilməsi (InCites)          

          21 fevral, Çərşənbə 15:00 - QEYDİYYAT

  1. Beynəlxalq patent məlumatları ilə işləmək (Derwent İnnovasiya İndeksi)

          27 Fevral , Çərşənbə axşamı 13:00 - QEYDİYYAT

Yeni seriya: Beynəlxalq jurnallarda nəşr olunmaq üçün praktiki tövsiyələr

       1. Yırtıcı jurnalda nəşr olunmaqdan necə siğortalanmaq olar?         

          28 fevral, Çərşənbə 10:00 - QEYDİYYAT

       2. Beynəlxalq jurnallarda nəşrlərə dair əsas tələblər - 1ci hissə           

          28 fevral, Çərşənbə 12:00 - QEYDİYYAT

  1. Beynəlxalq jurnallarda nəşrlərə dair əsas tələblər - 2-ci hissə

          28 fevral, Çərşənbə 14:00 - QEYDİYYAT

 

Ətraflı məlumatla tanış olmaq və sizə maraqlı olan seminarlar üçün qeydiyyatdan keçmək üçün məktubun mətnində və ya http://info.clarivate.com/rcis_webinars_schedule saytında olan linklərə baxa bilərsiniz.

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlar üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatlarını ala biləcəklər. İndi 3 fərqli sertifikat əldə edə bilərsiniz .Ətraflı məlumat  "SERTFİKATI NECƏ ƏLDƏ EDİM" bölməsində yerləşdirilib.

 

Ətraflı

 

HİKMƏTLİ SÖZLƏR