ENG

Azərbaycan alimlərinin layihəsi beynəlxalq qrant müsabiqəsində uğur qazanıb

2352
A A A
Fevral 01 2018

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin layihəsi ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalibi olub. Müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Fundamental Tədqiqatlar Fondu təşkil edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Belarus və Azərbaycan respublikalarının daxili bazarlarında kompleks texnoloji məhsulların irəlilədilməsi üçün birgə sənaye klasterlərinin formalaşdırılması” mövzusuna həsr edilən layihənin rəhbəri marketinq kafedrasının müdiri, professor Telman İmanov, icraçıları isə biznesin idarə edilməsi kafedrasının professoru Rəşad Muradov və iqtisadiyyat kafedrasının dosenti Leyla Hacıyevadır.

Humanitar və ictimai elmlər sahəsi üzrə təqdim olunan fundamental-tətbiqi xarakterli layihənin məqsədi birgə sənaye klasterlərinin formalaşdırılması və fəaliyyəti üzrə iqtisadi mexanizmi işləyib hazırlamaqdır. Tədqiqat işi Azərbaycan və Belarusun ticarət əlaqələrinin daha da genişləndirilməsi, bu ölkələrin iri müəssisələri üçün inkişaf strategiyasının işlənib hazırlanması baxımından elmi əhəmiyyət daşıyır. Tədqiqatın nəticələrindən hər iki ölkənin dövlət idarəetmə orqanları faydalana bilər.

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR