ENG

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İstanbul Universitetində təcrübə keçib

3332
A A A
Dekabr 06 2017

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Valeh Ələkbərov arxeoloji qazıntılar zamanı aşkarlanan materialların konservasiyası və bərpası üzrə Türkiyənin İstanbul Universitetində elmi-praktik təcrübədə olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, gənc alim İstanbul Universitetinin mütəxəssislərindən aldığı dərslər və praktik təlimlər əsasında arxeoloji materialların qəlibləmə üsulları, qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin konservasiyası və bərpasının nəzəri və təcrübi baxımdan öyrənilməsində bilik və bacarıqlar əldə edib. V.Ələkbərovun qazandığı beynəlxalq təcrübə və elmi biliklər gələcəkdə bu sahədə istər milli kadrların hazırlanmasında, istərsə də ölkəmizdə ilk dəfə mədəni irsin konservasiya və bərpası işinin təşkilində yeni bir mərhələnin başlanğıcı üçün zəmin olacaq.

Qeyd edək ki, V.Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsinin qalibi olub.

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR