ENG

Elmin İnkişafı Fondunda 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib

3242
A A A
Oktyabr 18 2017

Elmin İnkişafı Fondunda 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə keçirillmiş tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev müstəqillik illərinə qədər xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyimiz nailiyyətlərdən geniş bəhs edib, vurğulayıb ki, Azərbaycanın Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Fondun əməkdaşı məsləhətçi Nicat Həsənov dövlətimizin müstəqillik tarixinə nəzər salıb. Bildirib ki, 26 il öncə, yəni 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da dövlətimiz öz yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğuna diqqət çəkilib. Qeyd edilib ki, Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra xalqımız öz istiqlaliyyətinə yenidən qovuşub. 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü” Ulu Öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli Fərmanı ilə hər il qeyd edilir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR