ENG

“Elsevier” Elmin İnkişafı Fondunda təlim keçirib

2266
A A A
Oktyabr 05 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanovanın iştirakı ilə təlim keçirilib. 

Təlimdə dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCIENCE DIRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə məlumat verilib, qeyd edilən elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdirilib. Qeyd olunub ki, bütöv mətnli məlumat bazası SCIENCE DIRECT “Elsevier” tərəfindən nəşr olunan 2500-ə yaxın elmi jurnal, 33000-dən çox kitab, 13 milyondan çox nəşrə çıxış imkanı təmin edərək elmin bütün sahələri üzrə elmi ədəbiyyatın qısa zamanda əldə olunmasını təmin edir. Elmi axtarış sistemi SCOPUS-dan isə dünyanın 70-dən çox ölkəsində istifadə olunur, ay ərzində bu bazadan milyonlarla məqaləyə istinad edilir, platformanın məzmunu isə gündəlik olaraq yenilənir.

İnteraktiv müzakirədə xanım A.Ospanova təlim zamanı meydana çıxan sualları cavablandırıb, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb. Sonda Fondun əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR