ENG

Geomaqnit qasırğası G3 səviyyəsinə çatdı

3028
A A A
Sentyabr 28 2017
Bir neçə gün əvvəl proqnozlaşdırdığımız geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriya ilə başlayan qasırğa artıq G3-ə yüksəlib. Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 7-dir (maksimum 9 olur). Qasırğa bu gün də davam edəcək, lakin sabaha doğru getdikcə səngiyəcək.
Kosmik hava şıltaqlıqları (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təyziq dəyişmələri, külək və s.) ilə tandem şəklində insan üçün neqativ effektləri daha da artırır.

 

 

 

HİKMƏTLİ SÖZLƏR