ENG

Günəşdə formalaşmış maraqlı quruluşa malik növbəti tac dəliyi geomaqnit qasırğasına səbəb olacaq

2452
A A A
Oktyabr 10 2017

Gündüz ulduzumuz olan Günəşin səthində daima tac dəlikləri formalaşır. Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri  demək olar ki, açıq olur və bu səbəbdən, yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksəksürətli Günəş plazma küləyi şəklində yönəlir. O cümlədən də, Yerə doğru...

Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir.

Hal-hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hal-hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

 

 

HİKMƏTLİ SÖZLƏR