ENG

Elmin İnkişafı Fondu “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda iştirak edəcək

3469
A A A
Sentyabr 20 2017

Elmin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə Təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın yerinə yetirilməsində digər dövlət qurumları ilə yanaşı iştirak edəcək. 

Elmin İnkişafı Fondu Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının aşağıdakı bəndləri üzrə fəaliyyət göstərəcək:

5.4.1. İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısının keçirilməsi;

5.10.1. Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi;

5.10.3. Gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi;

5.10.4. Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə layihələrin həyata keçirilməsi;

5.10.5. İstedadlı şagird və tələbələrin, gənc alimlərin ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakının dəstəklənməsi;

5.10.8. Gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması.

Elmin İnkişafı Fondu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində yüzlərlə gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərini qrantlar yolu ilə dəstəkləyib, 4 müsabiqə təşkil olunaraq keçirilib, konfranslar, tədbirlər baş tutub.

 

Əlavə link: president.az

PDF: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR