ENG

Proqnozlaşdırılmış geomaqnit qasırğası başlayıb

4743
A A A
Avgust 31 2017

Bir neçə gün bundan qabaq proqnozlaşdırılmış geomaqnit qasırğası başlayıb. Gasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək və təsirlər 1 sentyabrda da hiss olunacaq.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən “əsən” hazl-hazırda və sürəti 600 km/san olan Günəş plazma küləyinin təsiri artıq Yerə çatıb, Yer maqnetosferində həyəcanlaşma yaradıb və bu hyəcanlaşma G1 səviyyəli geomaqnit qasırğasına keçib. Qeyd olunmalıdır ki, il ərzində 2 dəfə - yaz və payız gecə-gündüz bərabərliyi nöqtələri ətrafında geomaqnit qasırğalarının intensivliyi və gücü artır, daha çox qütb parıltıları müşahidə olunur.

Hazırda Günəşin görünən diskində 42 Günəş ləkəsi müşahidə olunur. Bunlar 3 ləkə qrupunda birləşiblər. 2674 nömrəli ləkə qrupu böyükdür və Yer səthindən hansısa tutqun şüşə ilə baxdıqda bu ləkə qrupunu adi gözlə də görmək olar.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətini göstərməsi həyəcanlaşmanı daha da artırır. Kosmik hava bayram günlərində qeyri-stabil vəziyyətdə olacaq. Hazırda atmosfer təzyiqi normaldır.

 

 

 

HİKMƏTLİ SÖZLƏR