ENG

Elmin İnkişafı Fondunda Füzulinin işğalının 24 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

4053
A A A
Avgust 23 2017

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun əməkdaşı Günay Abbasova Füzuli rayonunun işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb, qeyd edib ki, erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var. 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir.

Tədbirdə rayonun memarlıq abidələri, elm və incəsənət aləminə bəxş etdiyi görkəmli şəxsiyyətləri haqqında məlumat verilib, rayonun işğaldan əvvəlki və sonrakı görüntüləri nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR